Bölgəyə yüzlərlə tank yığıldı, hər an hücum başlaya bilər

© REUTERS / Amir CohenQəzza ilə sərhəddə İrail tankları, 18 oktyabr 2018-ci il
Qəzza ilə sərhəddə İrail tankları, 18 oktyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
İsrail müdafiə naziri Qəzzaya hücum edəcəklərini təsdiq edib

BAKI, 20 oktyabr — Sputnik. Blokada altındakı Qəzza zolağı sərhədinə onlarla tank, zirehli maşın və çoxlu sayda əsgər yerləşdirilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İsrail mediasında yer alan xəbərlərə görə, İsrailin Qəzzaya hücum edəcəyi gözlənilir. İsrail ordusu bu gün mühasirə altındakı Qəzza zolağı sərhədinə böyük hərbi güc toplayıb. 

İsrail müdafiə naziri Aviqdor Liberman tezliklə Qəzzaya hücum edəcəklərini təsdiq edib. 

İsrail Baş Naziri Netanyahu Qəzza zolağından atıldığı iddia edilən raket hücumlarına son verilməməsi halında böyük bir gücdən istifadə edəcəklərini söyləyərək Həmas təşkilatını hədələyib.

Xəbər lenti
0