Tramp dünya gündəmini silkələyən faktı təsdiqlədi

© AP Photo / Evan VucciABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp bildirib ki, yoxa çıxan səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı artıq sağ deyil.

BAKI, 19 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp bildirib ki, yoxa çıxan səudiyyəli müxalif jurnalist Camal Qaşıqçı artıq sağ deyil. Bu barədə Sputnik Azərbaycan "Guardian"-a istinadən xəbər verir.

Приставленный к горлу нож, фото из архива - Sputnik Azərbaycan
Yoxa çıxmış jurnalistlə bağlı qorxunc xəbər: Əvvəl barmaqlarını, sonra başını kəsiblər

"Belə görünür, yoxa çıxan səudiyyəli jurnalist Kamal Qaşıqçı ölüb" — deyə Tramp "Qaşıqçı ölübmü" sualına cavab verərkən bildirib.

Bunun çox kədərli olduğunu vurğulayan Tramp qeyd edib ki, "güclü bəyanat vermək üçün" araşdırmaların başa çatmasını gözləyir. ABŞ prezidenti jurnalistin ölümündə təqsirli olan şəxsləri "ciddi tədbirlər"in gözlədiyini də bəyan edib. 

Xatırladaq ki, oktyabrın 2-də "The Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi" – deyə səudiyyəli jurnalist müsahibəsində bildirib.

Xəbər lenti
0