16:40 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Lukoil-un prezidenti Vahid Ələkbərov

Azərbaycanlı iş adamı milyardlar qazandı

© Sputnik / Vladimir Astapkovich
DÜNYA
Qısa URL
90 0 0

Rusiyalı milyarderlərin uğuru isə neftin qiymətinin anidən artması ilə bağlıdır

BAKI, 19 oktyabr — Sputnik. Rusiya milyarderləri hamıdan tez varlanmağa başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, son 12 ay ərzində 10 rusiyalı zəngin şəxs öz varidatını 10,8 faiz artırıb. Amerikalılar isə müvafiq dövrdə öz sərvətini cəmi 7,5 faiz artırıb.

Böyük Britaniyanın 10 ən zəngin iş adamı isə bu müddət ərzində öz sərvətini 3,4 faiz artıra bilib.

Rusiyalı milyarderlərin uğuru isə neftin qiymətinin anidən artması ilə bağlıdır.

Hamıdan çox "Novateka"nın sahibi Leonid Mixelsonun (il ərzində 4,3 milyard dollar), qurumun səhmdarı Gennadi Timçenkonun (4 milyard) və "Lukoil"-un prezidenti Vahid Ələkbərovun (3,5 milyard) gəliri artıb.

Pis nəticəni isə Çin göstərib. Belə ki, burada zəngin onluğun sərvəti 27 faiz azalıb. Buna səbəb kimi isə şirkətlərin aktivlərinin satılması göstərilib.

Teqlər:
LUKOIL, Vahid Ələkbərov, neft, milyarder

Əsas mövzular