Arda FETÖ-çü çıxdı – Prokurorluq araşdırmaya başlayıb

© AP Photo / Manu FernandezFutbolçu Arda Turan
Futbolçu Arda Turan - Sputnik Azərbaycan
Abunə olmaq
Əmrə Bələzoğlu, Okan Buruk və Bülənt Qorxmaza qarşı da araşdırmalara başlanılıb

BAKI, 18 oktyabr — Sputnik. İcarə əsasında "İstanbul Başakşehir" klubunda çıxış edən İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Arda Turan Türkiyə Prokurorluğu tərəfindən FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinir. Sputnik Azərbaycan bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.

31 yaşlı futbolçu barədə araşdırmalar aparılır. Prokurorluq hesab edir ki, Arda Turanın 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənlə əlaqələri olub.

İstanbul Ədliyyə Sarayı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Arda bu səbəbə həyat yoldaşını boşadı

Arda Turanla yanaşı milli komandanın sabiq futbolçuları Əmrə Bələzoğlu, Okan Buruk və Bülənt Qorxmaza qarşı da araşdırmalar başlayıb.

Qeyd edək ki, Arda Turan digər qanunsuz əməllərdə də ittiham olunur. İstanbul Prokurorluğu A.Turanın cinsi təcavüz, qəsdən sağlamlığa zərər vurma və qanunsuz silah gəzdirmə ittihamı ilə 3 il 3 aydan 12 il yarıma qədər həbsini tələb edib. "Başakşəhər" isə 31 yaşlı yarımmüdafiəçini müğənni Berkayla arasında baş verən hadisə ilə bağlı 2,5 milyon Türk Lirəsi məbləğində cərimə edib.

Xəbər lenti
0