Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Haiti prezidentinə sui-qəsd cəhdi olub

CC BY-SA 2.0 / Teknorat / GP WASR-10Огнестрельное оружие и патроны, фото из архива
Огнестрельное оружие и патроны, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hüquq-mühafizə orqanları sui-qəsd cəhdini törətmiş cinayətkarların axtarışına başlayıb

BAKI, 17 oktyabr — Sputnik. Haiti prezidenti Jovenelya Moizaya sui-qəsd cəhdi olub.

"Report" xəbər verir ki, hadisə Haiti dövlətinin banisi Jan-Jak Dessalinin vəfatının ildönümünə həsr edilmiş rəsmi mərasimdə baş verib.

İlkin məlumata görə, silahlılar prezidentin olduğu tribunaya atəş açıblar. Atəş zamanı iki nəfər yaralanıb. Onlar dövlət başçısının mühafizə xidmətinin əməkdaşlarıdır.

Haiti lideri təhlükəsiz yerə təxliyyə edilib. O, hadisə zamanı xəsarət almayıb.

Hüquq-mühafizə orqanları sui-qəsd cəhdini törətmiş cinayətkarların axtarışına başlayıb.

Xəbər lenti
0