Krımda güclü partlayış olub, xeyli sayda ölü və yaralı var

© Sputnik / Mariya Kritskaya / Mediabanka keçidKrımda terror aktı
Krımda terror aktı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda faktla bağlı araşdırmalar aparılır

BAKI, 17 oktyabr — Sputnik. Krımın Kerç şəhərində yerləşən politexniki kollecdə partlayış baş verib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, kollecdə partlayıcı qurğu işə düşüb.

Məlumata əsasən, partlayış nəticəsində 10 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb. Yaralılardan 40-ı şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0