CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saqqallı qadın hamını heyrətləndirdi - VİDEO

Abunə olmaq
Qadın efirdə bunları deyib: "O, mənə dəstək olmasaydı mən özümü öldürə bilərdim"

BAKI, 17 oktyabr — Sputnik. Hormonların pozulması nəticəsində üzünə saqqal çıxan qadın bu problemin həlli üçün televiziyada yayımlanan verilişə müraciət edib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, üzündə yaranan saqqala görə uzun müddət küçəyə çıxa bilməyən qadın çevrəsinin ona gülməsindən xilas olmaq və evliliyini qurtarmaq üçün bu saqqaldan qurtulmaq istəyib. Hormon pozğunluğundan yaranan xəstəliyi müalicə etməyə başlayıblar. İlk müalicə uğurlu olub və qadının vəziyyəti həyat yoldaşını və izləyiciləri heyrətləndirib. Yoldaşı ona gül dəstəsi verərək çox gözəl olduğunu deyib. Qadın efirdə bunları deyib: "Allah yoldaşımdan razı olsun. O, mənə dəstək olmasaydı mən özümü öldürə bilərdim".

Xəbər lenti
0