04:39 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Пресс-конференция премьер-министра Армении Никола Пашиняна (20 июля 2018). Еревaн

Ermənistanda gözlənilən baş verdi

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
301 0 0

Seçkiyə qədər Nikol Paşinyan baş nazirin vəzifələrini icra edəcək

BAKI, 16 oktyabr — Sputnik. Ermənistan baş naziri Nikol Paşinyan İctimai Televiziya vasitəsilə istefaya getdiyini elan edib. Bu barədə Sputnik Ermənistan xəbər verib.

Bu istefa Ermənistanda keçiriləcək erkən parlament seçkiləri ilə bağlıdır.

Qeyd edək ki, daha əvvəl Ermənistanın "Jamanak" qəzeti hökumətdəki mənbələrə istinadən xəbər verib ki, Ermənistan parlamentinə növbədənkənar seçkilər 9 dekabr 2018-ci ildə keçiriləcək.

Ölkə qanunvericiliyinə əsasən, seçkilər hökumət başçısının istefasından 30 gün tez olmamaq və parlamentin buraxılmasından 45 gün gec olmamaq şərti ilə keçirilməlidir. Bununla da seçkilər noyabrın sonu-dekabrın ortaları aralığında keçirilməlidir.

Seçkiyə qədər Nikol Paşinyan baş nazirin vəzifələrini icra edəcək.

Əsas mövzular