21:08 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Köln vağzalında qadını girov götürən şəxs zərərsizləşdirilib

Almaniya polisi girov götürən şəxsi güllələdi

© REUTERS / Thilo Schmuelgen
DÜNYA
Qısa URL
51 0 0

Cinayətkar nəzarət altındadır

BAKI, 15 oktyabr — Sputnik. Köln vağzalında qadını girov götürən şəxs zərərsizləşdirilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Köln polisi rəsmi "Twitter"-səhifəsində məlumat paylaşıb.

"Cinayətkar nəzarət altındadır", — deyə polisin rəsmi "Twitter"-səhifəsində yazılıb.

​Əməliyyat zamanı cinayətkar ağır yaralanıb. Ona tibbi yardım göstərilir. Polis, həmçinin daha bir nəfəri də saxlayıb.

"Biz onun girov və ya cinayətkarla əlbir olub-olmamasını bilmirik. Onun şəxsiyyəti müəyyənləşdirilir, əməliyyat davam edir", — deyə məlumatda bildirilir.

İnsident şəhərin mərkəzi vağzalında aptekdə baş verib. Polis qadını girov götürən kişi ilə danışıqlar aparıb. Onun motivi hələlik açıqlanmır.

Əlaqədar

Almaniyada naməlum şəxs insanları girov götürüb
Teqlər:
həbs, yaralı, cinayətkar, güllələmə, girov, Köln

Əsas mövzular