05:31 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0252
  • EUR1.9245
Almaniyanın Köln şəhərinin Breslauerplats meydanında polis maşınları

Almaniyada naməlum şəxs insanları girov götürüb

© REUTERS / Thilo Schmuelgen
DÜNYA
Qısa URL
45 0 0

Polis və xilasetmə qüvvələri hadisə yerindədir

BAKI, 15 oktyabr — Sputnik. Almaniyanın Köln şəhərinin Breslauerplats meydanında naməlum şəxslər insanları girov götürüb. Sputnik Azərbaycan bu barədə "Gazeta.ru"-ya istinadən xəbər verir.

Meydan şəhərin əsas vağzalının yaxınlığında yerləşir. Hazırda meydandakı insanlar evakuasiya olunub.

"Breslauerplats insanların girov götürülməsi halı qeydə alınıb. Polis və xilasetmə qüvvələri hadisə yerindədir" — deyə Köln polisinin rəsmi "Twitter" səhifəsində bildirilir.

Bəzi mənbələr olay yerində atəş səsləri eşidildiyini bildirsələr də, polis bu məlumatı təsdiq etməyib.

Teqlər:
Köln, evakuasiya, polis, Almaniya, girov

Əsas mövzular