Türkiyədə dəhşətli olay baş verdi, onlarla ölən var

© Photo : Sozcuİzmirdə qəza
İzmirdə qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Hava limanı istiqamətində gedən yük maşını Menderes qovşağı sürücünün nəzarətindən çıxaraq kanala aşıb

BAKI, 14 oktyabr — Sputnik. Türkiyədə dəhşətli qəza baş verib. Sputnik Azərbaycan xəbər verir ki, İzmir şəhərində qeyri-qanuni miqrantları daşıyan yük avtomobilinin su kanalına aşması nəticəsində xeyli sayda ölən və yaralanan var.

Son məlumata görə, qəza nəticəsində 22 nəfər ölüb, xeyli sayda insan isə yaralanıb.

© Photo : Sozcuİzmirdə qəza
İzmirdə qəza  - Sputnik Azərbaycan
İzmirdə qəza

Xəbərdə qeyd edilir ki, qəza səhər saatlarında baş verib. Hava limanı istiqamətində gedən yük maşını Menderes qovşağı sürücünün nəzarətindən çıxaraq kanala aşıb.

Qəza yerinə xeyli sayda xilasedici və təcili yardım briqadaları göndərilib.

Qəzada ölənlərin sayının artacağı istisna deyil.

Xəbər lenti
0