QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Trüdo və Paşinyan Qarabağdan danışdılar

© Sputnik / Asatur YesayantsОфициальный визит премьер-министра Канады Джастина Трюдо в Армению (12 октября 2018). Еревaн
Официальный визит премьер-министра Канады Джастина Трюдо в Армению (12 октября 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
“Məsələ ATƏT Minsk Qrupu çərçivəsində aparılan danışıqlar yolu ilə həll edilməlidir”

BAKI, 13 oktyabr — Sputnik. “Qarabağ problemi danışıqlar və sülh yolu ilə həll edilməlidir”. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan kanadalı həmkarı Castin Trüdo ilə birgə keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

“Mən həmkarıma hadisələrin son inkişafı barədə xəbər verdim. Məsələ ATƏT Minsk Qrupu çərçivəsində aparılan danışıqlar yolu ilə həll edilməlidir. Hesab edirik ki, bizim xarici tərəfdaşlarımız yanaşmamız barədə xəbərdar olmalıdırlar” – deyə Paşinyan bildirib.

Öz növbəsində Trüdo da Kanadanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə ümid etdiyini bildirib.

Xəbər lenti
0