14:11 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Tərəzi və məhkəmə çəkici, arxiv şəkli

Vaşinqtondan gözlənilməz qərar

CC0 / succo / hammer
DÜNYA
Qısa URL
37 0 0

Vaşinqton Ali Məhkəməsi edam cəzasını 1976-cı ildə yeni qüvvəyə mindirərək 5 məhkumu ölümlə cəzalandırıb

BAKI, 13 oktyabr — Sputnik. ABŞ-ın Vaşinqton ştatında ölüm cəzası ləğv edilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Vaşinqton Ştatı Ali Məhkəməsi edam cəzasının irqi xarakterli və önşərtli olduğunu bildirərək bu cəzanın ləğv edilməsinə qərar verib. 

Beləliklə Vaşinqton illərdir həyata keçirilən ölüm cəzasını ləğv edən 20-ci ştat olub. 

Vaşinqton Ali Məhkəməsi edam cəzasını 1976-cı ildə yeni qüvvəyə mindirərək 5 məhkumu ölümlə cəzalandırıb. 2014-cü ildən bu günə qədər isə 8 nəfər məhbus ömürlük azadlıqdan məhrum edilib. 

Məhkəmə qərarından sonra Vaşinqton valisi Cey İnsli verdiyi açıqlmada bildirib ki, bərabər ədalət demokratiyanın bir işarəsidir. Və bərabər ədaləti təmin etmək dövlətin məsuliyyətindədir: "Vaşinqton ştatında uzun zamandır ki, qüvvədə olan edam cəzasının ıəğv edilməsinə sevindim”. 

ABŞ-da Edam Cəzası Məlumat Mərkəzinin məlumatına görə, 1999-cu ilə qədər 98 nəfər edam edilib. 1999-cu ildən bu günə qədər isə 23 nəfər edam edilib. 

Əsas mövzular