“Instagram”da məşhurlaşan gənc öldürülüb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidСтраница социальной сети Instagram на экране смартфона
Страница социальной сети Instagram на экране смартфона - Sputnik Azərbaycan
Abunə olmaq
Daha bir internet fenomeni qətlə yetirilib

BAKI, 13 oktyabr — Sputnik. İraqın paytaxtı Bağdatda internetdə məşhur olan gənc öldürülüb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, öldürülən şəxsin adı Hamudi Əl-Mutayiridir. “Instagram şahzadəsi” ləqəbi ilə tanınan gənc fenomen evlərinə qayıdan zaman naməlum şəxslər tərəfindən qaçırılaraq öldürülüb.

© Photo : Hamudi el-Mutayirinin sosial şəbəkədə paylaşımıHamudi el-Mutayiri
Hamudi el-Mutayiri  - Sputnik Azərbaycan
Hamudi el-Mutayiri

Cinsi oriyentasiyasına görə öldürülən Əl-Mutayiri can verən zaman videosu çəkilib və yayılıb. Bu da sosial şəbəkələrdə aqressiya ilə qarşılanıb. Hətta gənci sevənlər buna görə aksiya da keçiriblər və onunla bağlı xatirələrini və şəkillərini paylaşıblar.

Xəbər lenti
0