12:51 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Yunanıstan müdafiə naziri Panos Kammenos ABŞ müdafiə naziri Cim Mattis ilə Pentaqonda

Yunanıstan ABŞ-a elçi düşdü, hərbi qüvvə istədi

© REUTERS / Joshua Roberts
DÜNYA
Qısa URL
22 0 0

Yunanıstan müdafiə naziri ABŞ müdafiə naziri Cim Mattis ilə görüşüb

BAKI, 11 oktyabr — Sputnik. Yunanıstan müdafiə naziri Panos Kammenos ABŞ müdafiə naziri Cim Mattis ilə Pentaqonda bir araya gəlib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, görüşdə Panos Kammenos Yunanıstanın ABŞ-ı yeganə etibarlı strateji tərəfdaş kimi gördüyünü bildirib.

Kammenos bildirib ki, ABŞ-ın yalnız Suda körfəzində deyil, Larissa, Volos və Aleksandrapolisdə də daimi hərbi qüvvə yerləşdirməsi Yunanıstan üçün mühümdür.

ABŞ-ın Suda körfəzindəki donanma bazası ilə yanaşı, Larissadakı hava bazasında pilotsuz uçuş aparatı məntəqələri yerləşir.

Teqlər:
strateji tərəfdaş, dəvət, hərbi qüvvələr, ABŞ, Yunanıstan

Əsas mövzular