12:51 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Araik Xandonyan

Yerevanı bir-birinə qatan "Yalqız canavar" öldü

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
166 0 0

O, 2018-ci ilin avqustunda "Çarukyan" parlament fraksiyasının deputatlarının zaminliyi ilə azadlığa buraxılıb

BAKI, 11 oktyabr — Sputnik. 2016-cı ildə Yerevanda Post Patrul İdarəsini tutan "Sasna Tsrer" silahlı qruplaşmasının ən aktiv üzvlərindən olan Araik Xandonyan (“Yalqız canavar” kimi tanınır) ölüb. Sputnik Ermənistan xəbər verir ki, bunu "Sasna Tsrer" Partiyasının katibliyinin koordinatoru Varujan Avetisyan bildirib.

"Araik Xandonyan vəfat etdi" — deyə Avetisyan öz "Facebook" səhifəsində yazıb.

Xandonyan Qarabağda gedən işğalçı müharibənin iştirakçısı olub. O, 47 yaşında vəfat edib. “Yalqız canavar” 2018-ci ilin avqustunda "Çarukyan" parlament fraksiyasının deputatlarının zaminliyi ilə azadlığa buraxılıb.

Qeyd edək ki, 2016-cı il iyulun 17-də silahlı qruplaşma Ermənistan polisinin Post Patrul İdarəsinin ərazisinə daxil olub və orada olan insanları girov götürüb. Onlar həmin vaxt prezident postunu tutan Serj Sarqsyanın istefasını və qanunsuz olaraq silah almaq və saxlama maddəsi ilə ittiham olunan "Təsisedici parlament" radikal müxalifət təşkilatının lideri Jirayr Sefilyanın azad olunmasını tələb edib. 31 nəfərlik qrup iki həftə ərzində binanı saxlayıb və iyulun 31-də hökumət qüvvələrinə təslim olub.

Binanın silahlı qrup tərəfindən tutulması zamanı polis polkovniki Artur Vanoyan öldürülüb, daha üç nəfər isə yaralanıb. İyulun 30-da isə snayper polis əməkdaşı Yura Tepanosyanı öldürmüşdü. Silahlı qruplaşmanın bəzi iştirakçıları artıq azadlıqdadır.

Teqlər:
silahlı qruplaşma, Sasna Tsrer, Yerevan, toqquşma

Əsas mövzular