Lukaşenko Belarusun Rusiyaya birləşməsindən danışdı

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidBelarus prezidenti Aleksandr Lukaşenko
Belarus prezidenti Aleksandr Lukaşenko - Sputnik Azərbaycan
Abunə olmaq
Belarus prezidenti ölkəsinin Rusiyaya daxil olma ehtimalını istisna edib

BAKI, 10 oktyabr — Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın bu ölkədəki yeni səfiri Mixail Babiç ilə görüşüb. Sputnik Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətləri müzakirə ediblər.

Belarus prezidenti ölkəsinin Rusiyaya daxil olma ehtimalını istisna edib: "Bir şey dəqiqdir və siz bunu bilirsiniz. Biz suveren və müstəqil bir ölkəyik. Bunu təkcə belorus xalqının dəstəyi ilə əldə etməmişik. Bunu o zaman Rusiya rəhbərliyi də istəyirdi. 21-ci əsrdə Belarusun Rusiyanın tərkibinə daxil olacağı haqda danışmaq gülüncdir. Mən Rusiyanın indiki prezidentindən, eləcə də əvvəlki prezidentindən bu haqda heç bir kəlmə eşitməmişəm".

O, əlavə edib ki, Belarus sakinləri Rusiyanı özlərinə yaxın müttəfiq kimi görürlər.

Xatırladaq ki, Lukaşenko daha öncə bildirmişdi ki, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan dialoq Moskva ilə Minsk arasındakı münasibətlərin və strateji tərəfdaşlığın inkişafına təkan verəcək.

Xəbər lenti
0