Ərdoğan əlində qayçı "təhlükəli vəziyyət" yaratdı - VİDEO

© AA / Cumhurbaşkanlığı / Murat ÇetinmühürdarƏrdoğan və Orban
Ərdoğan və Orban - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazirdən Prezidentə: "Qayçı ilə çox təhlükəli dayanırsan"

BAKI, 10 oktyabr — Sputnik. Macarıstana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin baş naziri Viktor Orban ilə yenidən qurulan "Gül Baba" türbəsinin açılış mərasiminə qatılıb. Bu barədə Sputnik Türkiyə "Euronews"-a istinadən xəbər verir.

Mərasimdəki çıxışlarından sonra Ərdoğan və Orban mərasim üçün hazırlanan mavi lenti kəsiblər. Bu zaman Orban bıçağı Ərdoğanın əlindən almağa çalışarkən, Türkiyə prezidenti "Bu qayçı mənimdir, o da sənin" deyə bildirib.

​Ərdoğanın bu sözlərinə cavab olaraq macar baş nazir "Qayçı ilə çox təhlükəli dayanırsan" cavabını verib.

Nəticədə hər ikisi və ətrafdakılar gülüşüblər. Bundan sonra Ərdoğan hər iki qayçını lentlə bağlayaraq öz cangüdənlərinə verib.

Xəbər lenti
0