Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balaca kərtənkələ bütün şəhəri təşvişə saldı - VİDEO

Abunə olmaq
Otaqlarından birində balaca kərtənkələ sensorlu monitordakı nömrələrin üzərindən vurmaqla hər kəsə zəng edirmiş

BAKI, 10 oktyabr — Sputnik. Havay adalarınıb Kailua-Kona şəhərində bir veterinar klinikasında gün ərzində telefon susmayıb. Belə ki, gün ərzində veterinar klinikasından müxtəlif insanlara zəng edərək susublar. İnsanlar bundan şikayət etməyə başlayıblar. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, klinikanın həkimi Kler Simeona da gün ərzində dəfələrlə zəng gəlib və dəstəyin o tərəfində susublar. Həkim bundan qorxub və klinikaya gedib, lakin orada heç kimi tapmayıb.

Simeon orda olduğu müddətdə çoxlu sayda insanlar klinikaya zəng edərək klinikadan gələn zənglərdən bezdiklərini deyiblər. Belə ki, kimsə onlara zəng edib susurmuş.

Simeon Hawaiian Telcom şirkətinə zəng edərək məsələni araşdırmaq istəyib. Oradan bildiriblər ki, yəqin aparatlardan birində nasazlıq var. Klinikada araşdırma aparılanda məlum olub ki, aparatlarda texniki nasazlıq yoxdur.

Qəribə hadisənin səbəbi bir müddətdən sonra aşkarlanıb və hər kəsi təəccübləndirib: Otaqlarından birində balaca kərtənkələ sensorlu monitordakı nömrələrin üzərindən vurmaqla hər kəsə zəng edirmiş. Yəni, bu kərtənkələ monitorun üzərində gəzən zaman şəhər sakinlərinə zəng gedirmiş.

Xəbər lenti
0