15:47 22 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9368
Jurnalist Viktoriya Marinovanın oldurulduyu yerdə qoyulan çiçəklər

Zorlanaraq qətlə yetirilən jurnalistin qatili tutulub

© REUTERS / Stoyan Nenov
DÜNYA
Qısa URL
77 0 0

Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahilindəki meşə zolağından tapılıb

BAKI, 9 oktyabr — Sputnik. Bolqarıstan polisi "TVN" teleşirkətinin inzibati işlər üzrə direktoru Viktoriya Marinovanın qətlində şübhəli bilinən şəxsi saxlayıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən bildirilir ki, saxlanılan şəxs Rumıniya və Moldova vətəndaşıdır.

Bolqarıstan Daxili İşlər Nazirliyi, hələlik bu məlumatı şərh etmir.

Qeyd edək ki, Bolqarıstanın Ruse şəhərində 30 yaşlı araşdırmaçı jurnalist Viktoriya Marinovanın meyiti Dunay çayı sahilindəki meşə zolağından tapılıb.

Hüquq-mühafizə orqanlarının fərziyyəsinə görə, teleaparıcı başından aldığı zərbə və boğulma nəticəsində dünyasını dəyişib, ölümündən öncə isə cinsi təcavüzə məruz qalıb.

Qadın jurnalistin meyitini yoldan keçən şəxs aşkar edib və dərhal bu barədə polisi məlumatlandırıb. Cəsədindən bir neçə metr aralıda Marinovanın şəxsi əşyaları olub, yaxınlıqda isə avtomobili park edilib. Polis qadının mobil telefonunu və maşının açarlarını tapmayıb.

Marinova Avropa İttifaqı fondlarından pul vəsaitlərinin oğurlanmasının araşdırılması üzərində işləyib.

Əlaqədar

Polis amansızlıqla qətlə yetirilmiş qadının qatilini yaxalayıb
Xəzər bu dəfə uşaq qatili oldu
Ağac "qatili" təbiətə külli miqdarda zərər vurub
Gəncədə ata və qızını öldürən qatil tutuldu
Qatil generallar məhşər ayağına çəkiləcəklər

Əsas mövzular