Ciddi xəbərdarlıq gəldi – Dünya soyuyur!

© Sputnik / Pavel Lvov / Mediabanka keçidŞaxtalar, arxiv şəkli
Şaxtalar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu il yaşanacaq soyuqlar bu dövrü "Buz dövrü" adlandırmağa imkan verir

BAKI, 9 oktyabr — Sputnik. NASA-nın yaydığı iqlim araşdırması məlumatına görə, bu qış bütün dünyada rekord dərəcədə soyuq olacaq. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, mütəxəssislər "bir neçə ay ərzində kosmos dövrünün rekord soyuqlarına hazır olmalıyıq" xəbərdarlığını veriblər.

Məlumata görə, bu il yaşanacaq soyuqlar bu dövrü "Buz dövrü" adlandırmağa imkan verir.

Qəbələyə qar yağıb - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanın bu bölgəsinə qış qayıtdı: Əhali təşvişdə

Araşdırma çərçivəsində mütəxəssislər Günəşin ən xarici qatında yaranan Günəş ləkələrini və dünyanın ən üst atmosfer qatını – Termosferi təhlil ediblər. Termosferin soyuqlaşıb daraldığı və Günəş ləkələrinin qeydə alınmış ən aşağı hərəkətlilikdə olduğu müəyyən edilib.

Bu da o deməkdir ki, 11 illik dövrdə azalıb çoxalan bu ləkələr iqlim şəraitində mühüm rol oynayır. Ləkələrin az müşahidə edilməsi və heç müşahidə edilməməsi dünyanın istilik səviyyəsinə təsir edir.

Termosfer Günəşdəki ləkə hərəkətliliyi yüksək olduğu zaman isinir, az olduğu zaman isə soyuyur. Mütəxəssislər Günəşdə bənzər bir dövrü 18-ci yüzildə yaşandığını iddia edirlər. Həmin dövrün tarixdə "kiçik Buz dövrü" olaraq qeyd edildiyini bildirən mütəxəssislər dünyanı rekord soyuqaların gözlədiyini qeyd ediblər.

Xəbər lenti
0