Dünya yeni zəlzələ ilə titrədi, xeyli sayda ölən və yaralananlar var

© REUTERS / Ricardo RojasHaitidə 5,9 bal gücündə zəlzələ olub
Haitidə 5,9 bal gücündə zəlzələ olub - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ Porte-de-Paix şəhərindən 19 kilometr şimali-şərqdə, yerin 11,7 kilometr dərinliyində meydana gəlib

BAKI, 8 oktyabr — Sputnik. Haitidə zəlzələ qurbanlarının sayı artır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dünən Haitidə 5,9 bal gücündə zəlzələ olub.

Vətəndaşların Müdafiəsi İdarəsinin verdiyi məlumata görə, zəlzələ zamanı 12 nəfər dünyasını dəyişib. Bundan başqa, Port-de-Paixdə 152, Gros-Mornedə 30 nəfər xəsarət alıb.

Porte-de-Paix, Gros-Morne, Chansolme və Turtle adalarına böyük zərər dəyib. ABŞ Geoloji Araaşdırmalar İdarəsinin məlumatına görə, zəlzələ Porte-de-Paix şəhərindən 19 kilometr şimali-şərqdə, yerin 11,7 kilometr dərinliyində meydana gəlib.

Qeyd edək ki, 2010-ci ilin Haitidə baş verən 7,1 bal gücündə zəlzələ zamanı da xeyli sayda insan ölmüşdü.

Xəbər lenti
0