İnterpol rəhbərinə qarşı ittiham irəli sürülüb

© AFP 2023 / ROSLAN RAHMANİnterpol
İnterpol - Sputnik Azərbaycan
Abunə olmaq
İnterpolun itkin düşmüş prezidenti Çində qanunu pozmaqda şübhəli bilinir

BAKI, 7 oktyabr — Sputnik. İnterpolun itkin düşmüş prezidenti, eyni zamanda Çinin ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsini tutan Men Xunvey ölkəsində qanunu pozmaqda şübhəli bilinir və Çin hökuməti onunla bağlı yoxlamaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə bazar günü Çin Kommunist Partiyasının nizam-intizamın yoxlanılması üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

"Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey qanunu pozmaqda şübhəli bilinir, hazırda dövlət nəzarət komitəsi onunla bağlı yoxlama aparır", — deyə komissiyanın saytına yerləşdirilən mətndə bildirilir.

İnterpol prezidenti Men Xunvey Çinə sentyabrın 29-da gedib. Sonuncu dəfə onunla bir həftə əvvəl əlaqə saxlamaq mümkün olub. Fransanın Lion Şəhər Prokurorluğu tərəfindən İnterpol prezidentinin itkin düşməsi ilə bağlı araşdırma başladılıb.

Xəbər lenti
0