SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabah qitənin mötəbər qurumu öz işinə başlayır

© Sputnik / Vladimir FedorenkoДелегаты в зале на пленарном заседании зимней сессии Парламентской ассамблеи Совета Европы
Делегаты в зале на пленарном заседании зимней сессии Парламентской ассамблеи Совета Европы - Sputnik Azərbaycan
Abunə olmaq
Sessiyasının ilk iş günündə Assambleyanın sədri çıxış edəcək

BAKI, 7 oktyabr — Sputnik. Sabah Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.

Sessiyasının ilk iş günündə Assambleyanın sədri çıxış edəcək, Büronun və daimi komitənin hesabatları dinləniləcək. Eyni zamanda, sessiya çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə naziri Mariya Buriç komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək, Assambleya üzvlərinin suallarını cavablandıracaq.

Sessiya çərçivəsində Tunis Respublikasının xarici işlər naziri Khemaies Jhinaouinin çıxışı da gözlənilir. Bundan başqa, Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyada Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə dair qərar qəbuletmə prosesinin möhkəmləndirilməsi, desantralizasiya prosesinin uğurla həyata keçirilməsində milli parlamentlərin rolu, Avropa Şurasına üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr aparılacaq.

Xəbər lenti
0