10:25 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Yeni Zellandiyada dağ silsiləsi, arxiv şəkli

Bu da oldu, havanın bir butulkası 100 dollara satılır

CC0 / kewl / Mountain
DÜNYA
Qısa URL
107 0 0

Kivana şirkətindən bildirilib ki, hava qar üzərindən yığılır

BAKI, 6 oktyabr — Sputnik. Yeni Zelandiyanın təmiz havasının həddən artıq yüksək qiyməti ABŞ-da narazılığa səbəb olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, içində adanın havası olan 4 banka "Pure Fresh New Zealand Air" Oklend beynəlxalq hava limanında mağazada satışa çıxarılıb. Hər qabın qiyməti isə 98,99 dollar olub.

Bu barədə fotonu Tvitter hesabında jurnalist Demian Kristi paylaşıb. Bağlamada bir neçə banka da var. Və qeyd edilib ki, alıcılar 20 dollar qənaət ediblər.

Qeyd edək ki, Yeni Zelandiya havasını dünyaya Kivana şirkəti təqdim edir. Ancaq istehsalçı şirkətin saytında 5 litrlik hava balonu 34,50 dollara satılır. Hava dolu butulkalara nəfəs aparatı da qoşulub.

Kivana şirkətindən bildirilib ki, hava qar üzərindən yığılır: "Yeni Zelandiya Yer üzərində toxunulmaz bölgələrdəndir. Orada səma aydın, əhali isə azdır. Oranın havası planetdə ən təmiz havadır. Əgər söhbət sizin həyatınızdan gedirsə, niyə risk edəsiniz ki? Həyat dəyərlidir".

Teqlər:
dağ, Yeni Zelandiya, satış, qar, hava

Əsas mövzular