15:59 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Batan gəmi, arxiv şəkli

Avqustda okeanda tapılan sirli gəmi batdı

© Sputnik / Aleksey Bely
DÜNYA
Qısa URL
209 0 0

Gəminin batmasına maşın şöbəsinin su ilə dolması səbəb olub

BAKI, 6 oktyabr — Sputnik. Bu ilin avqust ayında Myanmanın Yangon bölgəsində yerləşən Thongva şəhərində balıqçılar tərəfindən heyətsiz və yüksüz şəkildə tapılan, İndoneziya bayrağı altında üzən “Sam Ratulangi” gəmisi batıb.

Фото: fleetmon.com

Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, əyalətin rəhbəri Ko Aung Phyo Mint bildirib ki, gəmi bazar ertəsindən bəri yavaş-yavaş suya batmağa başlayıb. Onun sözlərinə görə, gəminin batmasına maşın şöbəsinin su ilə dolması səbəb olub.

Qeyd edək ki, sözügedən gəminin sirri sonralar açılıb. Belə ki, gəmi sökülmək üçün aparılarmış. Amma avqustun 30-da əlverişsiz hava şəraiti səbəbindən gəmi heyəti onu tərk edib.

“Sam Ratulangi PB 1600” adlı boş və paslı tanker Myanma dəniz qüvvələrinə aid gəmi ilə sahilə aparılmışdı.

Teqlər:
batma, İndoneziya, gəmi, Myanma

Əsas mövzular