Netanyahunun adı yeni qalmaqala qarışıb, növbəti dəfə istintaqa çağırılıb

© REUTERS / Ints KalninsBinyamin və Sara Netanyahular
Binyamin və Sara Netanyahular - Sputnik Azərbaycan
Abunə olmaq
O, vəkilinin Almaniyanın sənaye şirkətləri ilə əlaqələrinin olmasından bixəbər olduğunu bildirib

BAKI, 5 oktyabr — Sputnik. İsrail polisi korrupsiya işi üzrə 12-ci dəfə ölkənin baş naziri Benyamin Netanyahunu dindirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

İsrailin hökumət başçısının adı "3000 saylı iş" üzrə bilavasitə fiqurant kimi hallanmasa da, onun Almaniyanın gəmiqayırma şirkətləri ilə əlaqələri olan şəxsi vəkilli David Şimronun adı şübhəlilərin siyahısındadır.

Netanyahu vəkilinin Almaniyanın sənaye şirkətləri ilə əlaqələrinin olmasından bixəbər olduğunu bildirib. Onun sözlərinə görə, "Delfin" tipli üç sualtı-qayığın alınması ilə bağlı qərarı tam şəffaf olub və heç bir şəxsi səviyyədə olan münasibətlər bu qərarın qəbul olunmasına təsir etməyib.

Qeyd edək ki, İsrail baş nazirinin adı, bundan başqa "1000 saylı" cinayət işində hallanır. Həmin istintaqa görə Netanyahu işgüzar dairələrdən, ümumilikdə 300 min dollar məbləğində hədiyyələr qəbul etməkdə şübhəli bilinir.

Xəbər lenti
0