ABŞ Rusiyaya qarşı "kabus"unu işə saldı: Böyük toqquşma həyəcanı yaşanır

© AFP 2023 / Andrew CABALLERO-REYNOLDSF-22 Raptor ABŞ qırıcıları, arxiv şəkli
F-22 Raptor ABŞ qırıcıları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Suriyaya "S-300" zenit-raket kompleksləri gətirməsi bölgədə tarazlıqları dəyişdirib

BAKI, 5 oktyabr — Sputnik. Rusiyanın Suriyaya "S-300" zenit-raket kompleksləri gətirməsi bölgədə tarazlıqları dəyişdirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, ABŞ və müttəfiqləri Suriya əməliyyatlarında radara düşməyən təyyarələrdən istifadə edəcək.

Зенитно-ракетный комплекс С-300 - Sputnik Azərbaycan
İsrailin qorxduğu başına gəldi, "S-300"-lər Suriyada - VİDEO

Rusiyanın Suriyanın qərb sahillərini uçuş üçün qadağan edilən bölgə vəziyyətinə gətirməsi, başda İsrail olmaq üzrə ABŞ və müttəfiqlərini hərəkətə keçirib. Ötən bazar ertəsi günündən etibarən ABŞ casus təyyarəsi "RC-135V" ilə Şərqi Aralıq dənizinin beynəlxalq sularında müşahidə və məlumat toplama uçuşları həyata keçirməyə başlayıb.

ABŞ və müttəfiqləri Suriya əməliyyatlarında ənənəvi döyüş təyyarələri yerinə, 5 il əvvəl olduğu kimi yenə də radara düşməyən təyyarələrdən istifadəni dəyərləndirir. Bunlar isə "kabus" adlanan "F-22" və radarın siqnallarını pozan "F-16CJ" təyyarələridir. Bu addım rusların Suriyada yerləşdirdiyi "S-300" sisteminə qarşıdır.

Rus hərbi ekspert İqor Korotçenkov deyib ki, İsrail və ABŞ-ın bu cür müasir texnikalarına güvənərək Suriyaya icazəsiz girmələri nəticə verməyəcək.

İsrailin müdafiə naziri Aviqdor Liberman isə bildirib ki, Rusiyanın atdığı bu addım İsarilə mane olmayacaq: "Aramızdakı təcili hərbi xəbərləşmə kanalından istifadə edərək İsrail ordusu Suriyada əməliyyatlarını davam etdirəcək".

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Suriyada "S-300" zenit-raket komplekslərinin təyyarədən düşürülməsinin kadrlarını əks etdirən görüntüləri yayımlayıb. Sentyabrın 24-də Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, onun ölkəsi iki həftə ərzində Suriyaya "S-300" raket əleyhinə kompleksləri təqdim edəcək. "Bu komplekslər 250 kilometrdən artıq məsafədə olan hava hücumu vasitəsini tutmaq və eyni zamanda bir neçə hava hədəfini vurmaq qabiliyyətinə malikdir" – deyə Şoyqu vurğulayıb.

Штаб-квартира Министерства обороны США, фото из архива - Sputnik Azərbaycan
ABŞ-dan İranın Suriya əməliyyatına sərt reaksiya

Rusiya müdafiə nazirinin sözlərinə görə, "S-300" Suriya Hava Hücumundan Müdafiə qüvvələrinin imkanlarını artıracaq. Şoyqu xatırladıb ki, Rusiya 2013-cü ildə Dəməşqə "S-300" komplekslərinin çatdırılmasını dayandırsa da, vəziyyət artıq dəyişib və bu, Moskvanın günahı üzündən baş verməyib.

Xatırladaq ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb.

Rusiya həmçinin, İsrailə cavab vermə hüququnu özündə saxladığını bildirmişdi.

Onu da bildirək ki, ABŞ "kabus" adlanan "F-22" təyyarələrini indiyədək heç bir ölkəyə satmayıb.

Xəbər lenti
0