ABŞ-ın ən varlı adamı dəyişdi – 160 milyard dollar

© AFP 2023 / Manjunath Kiran"Amazon"nun sahibi Ceff Bezos
Amazonnun sahibi Ceff Bezos - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə reytinqdə qərarlaşan ABŞ-ın 10 varlı insanının sərvəti 730 milyard dollardır ki, bu da 2017-ci illə müqayisədə 120 milyard dollar çoxdur.

BAKI, 5 oktyabr — Sputnik. Son 24 ildə ilk dəfə "Forbes" jurnalının versiyasına uyğun olaraq ABŞ-ın ən varlı adamı dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, ölkənin ən varlı adamı multimilyarder və "Amazon"nun sahibi Ceff Bezos olub.

O, daha əvvəl siyahıda ilk pillədə qərarlaşan "Microsoft" şirkətinin rəhbəri Bill Qeytsi üstələyib.

Bezos il ərzində reytinqdə olan iştirakçıların hamısından çox vəsait (78,5 milyard dollar) qazanıb. Onun ümumi varidatı 160 milyard dollar qiymətləndirilir ki, bu da reytinq tarixində rekord göstəricidir. Qeyts 97 milyard dollar sərvətlə ikinci pillədə qərarlaşıb.

Ümumilikdə reytinqdə qərarlaşan ABŞ-ın 10 varlı insanının sərvəti 730 milyard dollardır ki, bu da 2017-ci illə müqayisədə 120 milyard dollar çoxdur.

Xəbər lenti
0