Rusiya daha bir hücumda ittiham edildi, münasibətlər pozuldu

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidKibertəhlükəsizlik
Kibertəhlükəsizlik - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb

BAKI, 4 oktyabr — Sputnik. Niderland bu ilin aprel ayında Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına (KSQT) kiberhücuma cəhd edən dörd rusiyalını ölkədən çıxardıb. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Niderland məmurlarının sözlərinə görə, ölkədən çıxarılan Rusiya vətəndaşları xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. Məlumatda vurğulanır ki, onların diplomatik pasportları olub.

İstanbul, arxiv şəkli - Sputnik Azərbaycan
Ərdoğan Rusiya ilə əlaqələrdən danışdı

"BBC"-nin məlumatına görə, ruslar KSQT-nın məlumatlar bazasına daxil olmaq üçün avtomobillərini təşkilatın binası yaxınlığında saxlayaraq, kəşfiyyat işi aparıb.

Məsələ ilə bağlı Rusiyanın Niderlanddakı müvəqqəti işlər vəkili Niderlandın Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiya XİN-dən olan mənbə məsələyə münasibət bildirərək qeyd edib ki, heç bir sübutdan söhbət gedə bilməz.

Onun sözlərinə görə, Rusiya təşkilatın bütün strukturlarına üzvdür, onun bütün sənədlərə çıxışı var, ona görə də nəyəsə haker hücumu etməyə ehtiyac yoxdur: "Bu növbəti axmaqlıdır".

Xəbər lenti
0