08:53 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Ermənistan ordusu

Ermənistan müdafiə xərclərini kəskin artırır

© Foto: official site of the MoD of RA
DÜNYA
Qısa URL
65 0 0

2016-cı ildə qəbul olunan büdcə qaydasına əsasən ölkənin dövlət büdcəsindən müdafiə xərcləri ÜDM-dən 4% aşağı ola bilməz

BAKI, 4 oktyabr — Sputnik. 2019-cu ildə Ermənistanda müdafiə sahəsinə ayrılan xərclər artacaq. Sputnik Ermənistan xəbər verir ki, bunu maliyyə naziri Atom Cancuqazyan bildirib.

O, xatırladıb ki, 2016-cı ildə qəbul olunan büdcə qaydasına əsasən ölkənin dövlət büdcəsindən müdafiə xərcləri ÜDM-dən 4% aşağı ola bilməz.

Müvafiq olaraq "hərbi ehtiyaclarım təmin olunması" maddəsi üzrə xərclər 2018-ci ilə nisbətdə 256 milyard dram (530 milyon dollardan bir az çox) və 12% çox olacaq.

Bundan əlavə, Rusiyadan əldə olunacaq müdafiə krediti çərçivəsində 42,8 milyard dramın (təxminən 89 milyon dollar) xərclənməsi nəzərdə tutulur. Bu vəsait hesabına Rusiya istehsalı olan mühəndis və avtomobil texnikası alınacaq.

Teqlər:
maliyyə naziri, ÜDM, büdcə, xərclər, müdafiə sahəsi, Ermənistan

Əsas mövzular