Tanınmış türkiyəli gülüş ustası evlənir

© Photo : Instagram / defnesamyeliCem Yılmaz və Defne Samyeli
Cem Yılmaz və Defne Samyeli - Sputnik Azərbaycan
Abunə olmaq
Cem Yılmaz "Karakomik" filmlər proyektini bitirən kimi toy edəcək

BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin məşhur komediya ustası Cem Yılmaz haqqında maraqlı məlumatlar yayılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz artıq 7 aydır Defne Samyeli ilə sevgilidir. Cütlüyün münasibətlərinin evliliyə doğru getdiyi bildirilir.

Hətta  iddia olunur ki, 45 yaşlı Cem Yılmaz "Karakomik" filmlər proyektini bitirən kimi toy edəcək. Bunun isə gələn aya təsadüf edəcəyi deyilir.

Xəbər lenti
0