02:01 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
143 0 0

Bu, bir çox adam üçün işgəncə kimi qəbul edilsə də, bəziləri pul qazanma şansı əldə edə bilər

BAKI, 3 oktyabr — Sputnik. ABŞ-ın Missuri ştatında “Six Flags” adlı maraqlı mərkəz açılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərkəzin şərtlərini qəbul edənlərə pul mükafatı verilir. Mərkəzdə iştirakçılardan isə sadəcə tabuta girmək tələb edilir.

Mərkəz oktyabrın 13-də keçirəcəyi yarışmada iştirak edəcək 6 iştirakçıdan tabuta girərək 30 saat gözləmələrini tələb ediləcək.

Bu, bir çox adam üçün işgəncə kimi qəbul edilsə də, bəziləri pul qazanma şansı əldə edə bilər.

Bu Tabutun İçine Girene 300 Dolar Veriliyor!

Yarışmanın təşkilatçısı iştirakçılara özlərini rahat hiss edə bilmələri üçün özləri ilə yastıq və ədyal gətirmələrinə imkan yaradıb.

Firma özü iştirakçılar üçün ayrıca olaraq yeməklər, içkilər təşkil edəcək, hər 6 saatdan bir duş ala bilmək fasiləsi elan olunacaq, telefonlarını enerjisini bərpa etmək imkanı yaradacaq. Bu şərtlərlə tabutda 30 saat qalana bilənə 300 dollar veriləcək. Yarışmada iştirak etmək üçün 18 yaşından böyük və sağlam olmaq lazımdır.

Teqlər:
Missuri, işgəncə, pul, oyun, tabut

Əsas mövzular