15:16 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230
Nikol Paşinyan

Ermənistanda “əksinqilab” başladı, Paşinyan yenə küçəyə çıxdı

© Sputnik / Asatur Yesayants
DÜNYA
Qısa URL
747 0 0

Ermənistan baş naziri mitinqdə hamının gözü qarşısında 6 nazirin istefası barədə əmr imzalayıb

BAKI, 2 oktyabr — Sputnik. Ermənistanda vəziyyət yenidən kəskinləşib. Sputnik Azərbaycan xəbər verir ki, baş nazir Nikol Paşinyanın özü və tərəfdarları yenidən küçəyə çıxaraq, parlament binasını mühasirəyə alıblar.

Hər şey Paşinyanın ölkədə növbədənkənar parlament seçkiləri ilə bağlı bəyanatından sonra başlayıb. Nikol Paşinyan bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin dekabr ayında keçiriləcək. Baş nazir bu barədə parlament sədri Ara Balayan və Respublikaçılar Partiyasının parlament qrupunun rəhbəri Vaqram Baqdasaryanla görüşündən sonra məlumat verib.

Amma Respublikaçılar Partiyası bunun qarşısını alıb. Parlamentdə çoxluğa malik olan partiya növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib. Qanun layihəsi parlamentin ölkə baş nazirini ikinci dəfə seçməsinə zərurət yaranacağı hallarda qanunvericilik orqanının buraxılmasının yolverilməz olduğunu nəzərdə tutur.

Bundan sonra Paşinyan parlamentə ultimatum verib və qanunun geri çağırılmasını tələb edib. O, tərəfdarları ilə bir yerdə parlament binasını mühasirəyə alaraq, deputatların binanı tərk etməsinə mane olur. Paşinyan ölkədə “əks-inqilab” başladığını elan edib.

Hakimiyyətdə koalisiyaya daxil olan “Daşnaksütun” partiyası Paşinyanın parlamentə təzyiqinə etiraz edərək, hakimiyyətdəki bütün nazirləri və qubernatorlarını geri çağıracağını bildirib. Bu barədə partiyanın nümayəndəsi Arsen Ambarsumyan bəyanat yayıb.

Bundan dərhal sonra Nikol Paşinyan qanun layihəsinin qəbulunda iştirak etmiş “Daşnaksütun” və “Çiçəklənən Ermənistan” partiyalarından olan nazirlərin istefaya göndərilməsi barədə qərar verib. O, mitinqdə hamının gözü qarşısında 6 nazirin istefası barədə əmr imzalayıb.

Ölkədə gərginlik davam edir.

Əlaqədar

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktorundan həyəcan siqnalı
Uşakov Putinin Ermənistan səfəri müəmmasından danışdı
Cəbhədəki gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır – XİN
Ermənistan vətəndaşı muzey direktoruna 12 milyonu necə “atıb”?
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Teqlər:
mitinq, istefa, növbədənkənar seçkilər, qanun layihəsi, parlament, əksinqilab, baş nazir Nikol Paşinyan, Ermənistan

Əsas mövzular