Kriminal avtoritetlərin "sxodka"sına basqın edilib, 29 nəfər tutulub

CC BY-SA 2.0 / Bill Burris / Three Wise MenКвартирный вор, фото из архива
Квартирный вор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Sxodka"ya sahibkarlara himayədarlıq edən cinayətkar aləmin üzvləri toplaşıbmış

BAKI, 2 oktyabr — Sputnik. Moskva vilayətində kriminal avtoritetlərin "sxodka"sına polis basqını olub və 29 nəfər saxlanılıb. Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə polis idarəsinin yaydığı məlumatda bildirilir.

İdarənin mətbuat xidmətinin rəhbəri Tatyana Petrova vurğulayıb ki, "sxodka"ya sahibkarlara himayədarlıq edən cinayətkar aləmin üzvləri toplaşıblar. Saxlanılan 29 nəfər polis bölməsinə aparılıb və hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

Şəxsi baxış zamanı 29 və 37 yaşlı Mərkəzi Asiyadan olan iki şəxsin üzərindən 5 qramdan artıq həcmdə olan heroin aşkarlanıb.

Xəbər lenti
0