Sürücü yolun ortasında avtomobildə yatdı...

© Photo : CNN TürkSükan arxasında yatmış taksi sürücüsü
Sükan arxasında yatmış taksi sürücüsü - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə gələn polislər sürücünü oyandırmaq istəsələr də, taksi sürücüsü oyanmayıb

BAKI, 2 oktyabr — Sputnik. Türkiyədə taksi sürücüsü hərəkəti ilə onu görənləri heyrətləndirib. Seyhan ilçəsində Cemalpaşa məhəlləsində Qazitepe bulvarından keçən sürücülər yolun ortasında bir taksinin işlək vəziyyətdə olarkən sürücünün içəridə hərəkətsiz olduğunu görüblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin şahidləri polisə məlumat veriblər.

Hadisə yerinə gələn polislər sürücünü oyandırmaq istəsələr də, taksi sürücüsü oyanmayıb. Polis bunun səbəbini içki ilə izah edib. O, deyib ki, sürücü həddindən artıq spirtli içki qəbul edib.

© Photo : CNN TürkSürücü sərxoş olduğundan, avtomobili polislər idarə etməli olublar
Sürücü sərxoş olduğundan, avtomobili polislər idarə etməli olublar - Sputnik Azərbaycan
Sürücü sərxoş olduğundan, avtomobili polislər idarə etməli olublar

Gökan A. adlı sürücü oyanmadığı üçün polislər onu arxa oturacağa yerləşdiriblər. Polis özü avtomobili idarə edib. Sürücü polis idarəsində özünə gəlib. Onun qanında 125 promil alkoqol tapılıb. Sürücünün sürücülük hüququ əlindən alınıb, 4 500 lirə (1275 manat) cərimə olunub.

Xəbər lenti
0