Dünyanı dəyişmək istəyən adamın özünü dəyişirlər

© REUTERS / Rashid Umar Abbasi/File PhotoAmerikalı biznesmen Elon Mask
Amerikalı biznesmen Elon Mask - Sputnik Azərbaycan
Abunə olmaq
"Tesla" şirkətinin özü 20 milyon dollar cərimə ödəyəcək

BAKI, 1 oktyabr — Sputnik. "Tesla" elektrik avtomobillərinin istehsalçısı şirkətinin yaradıcısı və icraçı direktoru Elon Mask ABŞ-da maliyyə bazarlarında fırıldaqçılıq işi üzrə ABŞ rəhbərliyi ilə işbirliyinə gedir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, sahibkar şirkət rəhbəri postunu saxlayacaq amma direktorlar şurasının sədri postundan gedəcək və 20 milyon dolar həcminə cərimə ödəyəcək.

Mask və ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyası arasında əldə olunan razılaşma məhkəmə tərəfindən təsdiqlənməlidir. Razılaşma əsasında Mask 45 gün ərzində direktorlar şurasının sədri postundan getməlidir. O, həmçinin üç il ərzində posta geri qayıtmayacaq.

Bundan əlavə, "Tesla" şirkətinin özü 20 milyon dollar cərimə ödəyəcək. Firma, həmçinin şuraya iki müstəqil direktor cəlb edəcək və Maskın investorlarla əlaqələrinə nəzarət edəcək komitə təsis edəcək.

Xəbər lenti
0