Buranı görən hər kəs təəccüblənir - VİDEO

Abunə olmaq
Ada dənizdən 414 metr yüksəklikdədir

BAKI, 1 oktyabr — Sputnik. İslandiya ilə Faroe adalarının ortasında yerləşən Litla Dimun adası üzərindəki buludla tanınır.

Sputnik Azərbaycan Seanews-a istinadən xəbər verir ki, Litla Dimun adasının üzərində hər mövsüm mütləq bulud olur. Buludlar tərəfindən sarılan ada bəzən görünməz hala gəlir, bəzən də üstündəki ağ bulud bir papaq kimi görünür.

Ada dənizdən 414 metr yüksəklikdədir. Üst hissəsi düz olan adanın ətrafı iti qayalarla əhatələnib. 

Bölgədəki 18 adanın ən kiçiyi olan Litla Dimun adası eyni zamanda insanın yaşamadığı tək ada xüsusiyyətinə sahibdir.

Adanın maraqlı xüsusiyyətlərindən biri də nəsli kəsilmiş olan çöl qoyunlarının burada hələ də yaşaması ilə bağlıdır.

Xəbər lenti
0