İran ordusu əks-hücuma keçdi

© AP Photo / SepahnewsЗапуск ракет класса земля-земля из города Керманшах в Иране по позициям боевиков на восточном берегу Ефрата в Сирии
Запуск ракет класса земля-земля из города Керманшах в Иране по позициям боевиков на восточном берегу Ефрата в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatı İranın İnqilab Keşikçiləri Korpusunun hərbi-kosmik diviziyası həyata keçirib

BAKI, 1 oktyabr — Sputnik. İran hərbçiləri Suriyada Fərat çayının şərqində yerləşən terrorçuların mövqelərinə raket zərbələri endirib. Bu barədə Sputnik Azərbaycan "Gazeta.ru"-ya istinadən xəbər verir.

Məlumata əsasən, aviazərbələr Əhvaz şəhərində hərbi parad zamanı terror aktının təşkilatçılarına və onların nəzarətində olan obyektlərə endirilib. Vurğulanır ki, aviazərbələr İranın İnqilab Keşikçiləri Korpusunun hərbi-kosmik diviziyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 22-də İranın Xuzistan əyalətinin Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı 29 nəfər ölüb, 60-a yaxın insan yaralanıb.

Xəbər lenti
0