Yer üzünə "ölüm kometası" yaxınlaşır

© Photo : NASA via APYer kürəsi
Yer kürəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, asteroid Yer küərsinin 38 milyon kilometr yaxınlığından keçəcək

BAKI, 30 sentyabr — Sputnik. Astronomlar Yer üzünə "ölüm kometası"nın yaxınlaşdığını bildirir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, öz qorxulu adını görünüşündən alıb. Belə ki, yaxınlaşan kometa kəllə şəklindədir.

Alimlər hesab edir ki, asteroid planetə 11 noyabrda yaxınlaşacaq. Məlumata görə, asteroid Yer kürəsindən 38 milyon kilometr yaxınlıqda keçəcək.

Yupiter - Sputnik Azərbaycan
Yupiterlə kometa toqquşacaq, Yer məhv olacaq

Maraqlısı budur ki, bu, asteroidin Yer kürəsini ikinci ziyarətidir. 2015-ci ildə "kəllə" Yer kürəsinin daha yaxın 486 min kilometrliyindən keçmişdi. Yaxınlaşma oktyabrın 31-də Hellouin günündə baş tutmuşdu. Buna görə də, onu bayramın simvolu kimi "nəhəng balqabaq" adlandırmışdılar. Asteroidin eni 600 metrdir. Alimlər qeyd edir ki, o, özündə cansız cisimləri birləşdirir.

Araşdırmalar sübut edib ki, "kəllə" Günəş şüalarının 6 faizini özündə əks etdirir. Bu çox deyil, amma adi kometalardan böyükdür.

Qeyd edək ki, növbəti dəfə kometa yerə 2088-ci ildə yaxınlaşacaq, amma yer ilə ara məsafəsi 8 milyon kilometrdən çox olacaq.

Xəbər lenti
0