15:28 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Facebook

Facebook istifadəçilərinin diqqətinə - şifrəniz silinə bilər

© REUTERS / Jon Nazca
DÜNYA
Qısa URL
81 0 0

Milyonlarla hesabın hakerlərin hücumuna məruz qalmasından sonra Facebook-un səhmlərinin qiyməti də aşağı düşüb

BAKI, 29 sentyabr — Sputnik. Facebook yeni təhlükəsizlik problemi ilə çalxalanır. Facebook-a haker hücumu 50 milyondan artıq şəxsin hesabına təsir edib və onlar istifadəçilərin şifrələrini oğurlaya biliblər.

Sputnik Azərbaycan "Mynet"ə istinadla xəbər verir ki, "Kimin və haradan hücum edildiyini bilmirik" açıqlaması verən Facebook yetkililəri, bütövlükdə 90 milyondan artıq hesabın şifrələrini silib.

Facebook mühəndisləri bildiriblər ki, hesaba təkrar girmək lazımdır. Giriş etdikdən sonra istifadəçilərə yeni kod gələcək.

Milyonlarla hesabın hakerlərin hücumuna məruz qalmasından sonra Facebook-un səhmlərinin qiyməti də aşağı düşüb. Açıqlamadan sonra şirkətin səhmləri 2.6% dəyər itirib.

Qeyd edək ki, ötən il də bənzər problem baş verməsi səbəbindən 40 milyon hesabın şifrələri silinmişdi.

Teqlər:
haker hücumu, şifrələmə, səhmlər, ziyan, Facebook, təhlükə

Əsas mövzular