10:55 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9340
Tara Fares

Ölkə gözəli öldürüldü, səbəb sosial şəbəkədir

© Instagram / its.tarafares
DÜNYA
Qısa URL
281 0 0

Hazırda İraq polisi cinayəti araşdırır.

BAKI, 28 sentyabr — Sputnik. Keçmiş "İraq gözəli"ni islamçılar Bağdadda öldürüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Bağdadda keçmiş "İraq gözəli" Tara Fares vurulub. Qızı öz avtomobilində odlu silahla vurulmuş vəziyyətdə tapıblar.

Ər Rəsaf rayonun sağlamlıq xidmətinin direktoru Qasım Əbdül Hadi bildirib ki, Taranın cəsədi Şeyx Zeyid xəstəxanasına axşam gətirilib. Mütəxəssislər onda 3 güllə yarası aşkar edib. Güllə yarasının ikisi onun başında, üçüncüsü isə döş qəfəsində olub.

Modelin radikal islamçıların qurbanı olması ehtimal edilir. Onları qızın açıq şəkillərini sosial şəbəkələrdə paylaşması narahat edirdi. Hazırda İraq polisi cinayəti araşdırır.

Qeyd edək ki, Tara Fares 2015-ci ildə İraq gözəli seçilib. Bundan sonra o Avropaya köçüb. Ancaq bir neçə il əvvəl ölkəsinə qayıtmağa qərar verib.

Əsas mövzular