Əliyevlə danışdığımı ancaq Yerevanda açıqlayacağam – Paşinyan

© Sputnik / Asatur YesayantsПресс-конференция премьер-министра Армении Никола Пашиняна (20 июля 2018). Еревaн
Пресс-конференция премьер-министра Армении Никола Пашиняна (20 июля 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində Düşənbədə Azərbaycan lideri ilə söhbəti barədə yazıb

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan baş naziri və Azərbaycan prezidenti Tacikistan paytaxtı Düşənbədə MDB sammitində iclası zamanı söhbət edib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində yazıb.

"Düşənbədə mənim və Azərbaycan prezidenti İlham Əliyev arasında söhbət baş tutdu. Ətraflı Yerevana qayıtdıqdan sonra danışacağam", — deyə Paşinyan yazıb.

Qeyd edək ki, sosial şəbəkədə yayılan video görüntülərdə Əliyev və Paşinyan MDB dövlət başçılarının liderlərinin birgə foto çəkdirmə mərasimində yanbayan dayanıb. Daha sonra Paşinyan Azərbaycan prezidentinə müraciət edir, daha sonra isə onlar qısa söhbət edirlər.

Xəbər lenti
0