İran İsrailin təhlükəli iddiasını təkzib edib

© AFP 2023 / FRED TANNEAU Nüvə başlığı, arxiv şəkli
Nüvə başlığı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İsrailin qeyri-qanuni nüvə silahı proqramını etiraf edib beynəlxalq müfəttişlərin araşdırmasına açmasının vaxtı gəldi"

BAKI, 28 sentyabr — Sputnik. İran İsrailin baş naziri Benyamin Netanyahunun Tehran yaxınlığında gizli nüvə obyekti olduğuna dair iddiasını rədd edib. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Netanyahunun dünən BMT-nin Baş Assambleyasındakı çıxışını şou adlandırıb.

Zərif deyib ki, heç bir sənət nümayişi, İsrailin gizli və açıqlanmamış nüvə silahı proqramına malik yeganə ölkə olduğu həqiqətinin üstünü örtə bilməz: "İsrailin qeyri-qanuni nüvə silahı proqramını etiraf edib beynəlxalq müfəttişlərin araşdırmasına açmasının vaxtı gəldi".

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi də Netanyahunun iddialarını əsassız və gülünc adlandırıb.

Qeyd edək ki, Netanyahu dünən BMT Baş Assambleyasındakı çıxışında Tehran yaxınlığında gizli nüvə obyekti olduğunu iddia etmişdi.

Xəbər lenti
0