04:09 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Niderland əsgərləri

NATO əsgərləri soyuqdan dondular

© Foto: Spc. John Cress
DÜNYA
Qısa URL
60 0 0

Onlara 1000 avro məbləğində kompensasiya ödənilməlidir

BAKI, 27 sentyabr — Sputnik. Norveçdəki NATO təlimlərinə Hollandiyadan gələn əsgərlər şaxtada qış forması olmadan qalıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Hollandiya Silahlı Qüvvələri əsgərlərin ehtiyacı olan geyimləri almayıb. Buna görə də əsgərlər həmin geyimləri özləri almalı olacaq.

Niderland Müdafiə Nazirlyinin katibi Barbara Visserin sözlərinə görə, bu mövsümdə Norveçdə belə aşağı tempraturun olacağı nəzərə alınmayıb. O qeyd edib ki, Litvada payız təlimləri zamanı isti geyimə ehtiyac olmayıb.

Ölkənin parlamentində danışan Visser qeyd edib ki, əsgər özü öz hesabına isti geyim almamalıdır. Onlara 1000 avro məbləğində kompensasiya ödənilməlidir.

"Əsgərə ona lazım olan geyimlər alınmalıdır. Mən bu halın bir daha təkrarlanmasını istəmirəm" — deyə, o bildirib.

Xatırladaq ki, manevrlərdə NATO-nun 40 mindən çox hərbi qulluqçusu, 30 ölkədən on min ədəd nəqliyyat vasitəsi, 130 təyyarə və 70 gəmi iştirak edəcək.

Əsas mövzular