CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qumbaraatan və Molotov kokteyli: Ukraynadakı azərbaycanlıların "qarşılıqlı ünsiyyət dili"

© Sputnik / Nikolay Khizhnyak / Mediabanka keçidQumbaraatandan atəş açılması, arxiv şəkli
Qumbaraatandan atəş açılması, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Krivoy Roqda azərbaycanlı quldurlar öz həmvətənlərinə qarşı necə mübarizə aparır

Ramella İbrahmxəlilova, Sputnik Azərbaycan

BAKI, 27 sentyabr — Sputnik. Qumbaraatan və Molotov kokteyli: Krivoy Roqda (Ukrayna) azərbaycanlı sahibkarlara qarşı içərisində partlayıcı yanar maddələr olan butulkalardan istifadə edilib.

Krivoy Roqda dörd azərbaycanlıdan ibarət cinayətkar qrup öz cinayət əməllərini həmvətənlərinə qarşı yönəldilib. Bu barədə Sputnik Azərbaycan-a Krivoy Roq milli polisinin şəhər idarəsindən məlumat verilib.

Qeyd edək ki, polis əməkdaşları soyğun törətməkdə şübhəli bölünən dörd Azərbaycan vətəndaşını saxlayıb. Sentyabrın 24-də sözügedən şəxslər saxlanarkən onların üzərində silah və sursat olub. Cinayətkarlardan birini avtomobilində isə üzərində qan izi olan alətlər aşkarlanıb. 

Pulqabında manatlar, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Pul günahkardır: Bakıda dənizdə batmış adamın kimliyi məlum olub

Milli Polis İdarəsindən bildirildiyinə görə, saxlanılan şəxslərdən Ukrayna qanunvericiliyinə görə, daşımaq hüquqları olmayan tank əleyhinə qumbaraatan, bir neçə ədəd odlu silah və sursat götürülüb.

"Hazırda məhkəmə araşdırması aparılır. Saxlanılan şəxslər Azərbaycan əsilli digər şəxslər əleyhinə bir sıra cinayətlər törətməkdə şübhəli bilinirlər. Son bir neçə ayda Ukraynadakı Azərbaycan icmasının nümayəndələri dəfələrlə polisə onlara qarşı törədilmiş cinayət əməlləri ilə bağlı müraciət ediblər. Xatırlayıram ki, o adamlardan birinin evinə iki ədəd partlayıcı yanar şüşə butulka (Molotov kokteyli) atmışdılar. Butulkalardan biri alovlanaraq plastik su trubasını sıradan çıxarıb, digəri isə dərhal söndürülüb" — deyə polisdən bildirilib.

Məlumata görə sentyabrın 13-də səhər şəhərin mərkəzi rayonlarından birində naməlum şəxslər Verşinina və Şevçenko küçələrində yerləşən xüsusi evlərə içində partlayıcı maddələrin qarışığı olan yanar şüşə butulkalar atıblar. Yerli sakinlər bu hadisələri Azərbaycan diasporunun bir-biri ilə qarşıdurmada olan iki düşmən qrupu ilə əlaqələndirirlər. Liderləri Cambul Eyvazovun ölümündən sonra Krivoy Roqdakı Azərbaycan icmasında parçalanma baş verib. İki qruplaşma arasında tez-tez münaqişələr yaranır. İş o yerə çatıb ki, parçalanmış icma nümayəndələri öz daxili münasibətlərinin müəyyən edilməsinə kriminal elementləri də cəlb ediblər. 

Həbsxana, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Qohumların toy macəraları dəmir barmaqlıqlar arasında başa çatıb

Bu ilin iyulunda qarşı duran qohum tərəflərdən biri qoz-fındıq alveri ilə məşğul olan digər tərəfin üzvünün evinin hasarını yandırmağa cəhd edib.

Ukraynanın Krivoy Roq şəhərindəki azərbaycanlı icmasının rəhbəri Nahid Zeynalov isə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, hazırda şəhərin ərazisində üç Azərbaycan diasporu fəaliyyət göstərir.

"İki azərbaycanlı ailəsinin üzvlərinə hücum olub. Hücumların biri iki ay əvvəl, digəri isə sentyabrda baş verib. Bu hücumların arxasında kimin dayandığını biz hələlik bilmirik. Belə məlumatlar dolaşır ki, naməlum şəxslər sahibkarlıqla məşğul olan azərbaycanlılara zəng edərək onlardan hədə-qorxu yolu ilə pul tələb edirlər. Zərərçəkənlər dəfələrlə bununla bağlı polis və prokurorluq oqranlarına məlumat veriblər. Məhz 3 gün bundan əvvəl polis həmvətənlərimizi saxlayıb" — deyə Zeynalov bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən biri Krivoy Roqun sakinidir, digərləri isə yerli deyillər. Hazırda istintaq orqanları azərbaycanlılara qarşı kimin müharibə elan etdiyini və tank əleyhinə qumbaradan istifadəni planlaşdırdığını araşdırır.

Xəbər lenti
0