Ərdoğanın Almaniya səfərində çox maraqlı qarşılanma

© AFP 2023 / Odd ANDERSENTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Berlin aeroportunda qarşılanması. 27 sentyabr 2018-ci il
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Berlin aeroportunda qarşılanması. 27 sentyabr 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanın Almaniya səfəri 27-29 sentyabrı əhatə edəcək

BAKI, 27 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya rəsmi səfəri başlayıb.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfər Almaniya prezidenti Frank-Valter Ştaynmeyrin dəvəti əsasında baş tutub.

Ərdoğanın Almaniya səfəri 27-29 sentyabrı əhatə edəcək.

Prezident Ərdoğan və həyat yoldaşı Əminə Erdoğanı Berlindəki Tegel hava limanında Türkiyənin Berlindəki səfiri Ali Kemal Aydın, Türkiyənin Ədliyyə naziri Abdulhamid Gül, Türkiyənin hakim partiyası olan AKP-nin sədr müavini Lütfi Elvan, AKP millət vəkilləri Mustafa Yeneroğlu, Zafer Sırakaya, Akif Çağatay Kılıç və digər türkiyəli şəxslər qarşılayıblar.

Xəbər lenti
0