13:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Государственный флаг Турции

Ermənistanda saxlanılan Türkiyə vətəndaşının taleyindən xəbər var

© AFP 2018 / BULENT KILIC
DÜNYA
Qısa URL
109 0 0

Umut Ali Özmən bu gün Türkiyə-Gürcüstan sərhədində yerləşən Türkgözü sərhəd qapısından ölkəsinə daxil olub

BAKI, 27 sentyabr — Sputnik. Ermənistanda saxlanılan Türkiyənin 16 yaşlı vətəndaşı Umut Ali Özmən ölkəsinə təhvil verilib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Umut Ali Özmən bu gün Türkiyə-Gürcüstan sərhədində yerləşən Türkgözü sərhəd qapısından ölkəsinə daxil olub. O, Ermənistandan Türkiyəyə gəlmək üçün Gürcüstana keçib və oradan Türkiyəyə gəlib.

Əlində Türkiyə bayrağı olan Umut Ali Özmən ölkəyə girişdə torpağı öpüb.

Akyaka rayonuna bağlı Küçük Durduran kəndində yaşayan 16 yaşlı Umut Ali Özmən sərhəd pozuntusu etdiyi üçün Ermənistanda saxlanılıb.

O, heyvan otararkən azaraq Türkiyə-Ermənistan sərhədini keçib.

Əlaqədar

Türkiyə ilə ABŞ-ı düşmənçilik həddinə çatdıran din xadimi azadlığa çıxa bilər
Lavrov açıqladı: "Türkiyə ilə razılıq əldə olunub"
Binəli Yıldırım: “Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir”
Türkiyə-Rusiya razılaşması Suriyaya nə vəd edir - politoloq şərhi

Əsas mövzular