09:46 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Patriot raket sistemi

“Geriyə” əmri verildi – ABŞ Orta Şərqdən qaçır

© AP Photo / Mindaugas Kulbis
DÜNYA
Qısa URL
299 0 0

Vaşinqton "Patriot" raket komplekslərini Orta Şərqdən çıxarır

BAKI, 27 sentyabr — Sputnik. ABŞ Orta Şərqdən tədricən çəkilir.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, məlumatı ABŞ-ın məşhur "The Wall Street Journal" nəşri yayıb.

Məlumata görə, yüksək səviyyəli hərbi rəsmilər ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 3 ölkədən Patriot raket müdafiə sistemini geri çəkəcəyini vurğulayıb. Bu ölkələrin İordaniya, Küveyt və Bəhreyn olduğu bildirilib.

Hərbi rəsmilər ABŞ-ın Orta Şərq və Əfqanıstandan tədricən çəkilməyə çalışdığını bildiriblər.

Rəsmilər deyib ki, Vaşinqton artıq əsas diqqəti Çin və Rusiya ilə olan gərginliklərə yönəltməyə çalışır.

Teqlər:
Orta Şərq, "Patriot" havadan müdafiə sistemi, Pentaqon, ABŞ

Əsas mövzular