Məşhur aktyor ortaya gözlənilməz iddia qoydu - Vəzifəyə gəlmək istəyir

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidStiven Siqal
Stiven Siqal - Sputnik Azərbaycan
Abunə olmaq
Siqal eyni zamanda Rusiyada sahibkarlıq fəaliyyəti ilə də məşğul olur

BAKI, 27 sentyabr — Sputnik. Rusiya vətəndaşlığı olan məşhur aktyor Stiven Siqal özünü Primorsk vilayətinin qubernatoru görmək istəyir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o bu barədə Vladivostokda keçirilən Asiya-Sakit okean bölgəsi ölkələrinin "Sakit okeanların Meridianları" beynəlxalq kinofestivalında tamaşaçılarına bildirib.

Портфель в руках мужчины, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Daha bir əcnəbiyə Azərbaycanda yüksək vəzifə verildi

"Ata tərəfdən babalarım burdandır. Mən Primorski öyrənmək istəyirəm, daha çox şey görmək istəyirəm. Və sizin qubernatorunuz olmaq istəyirəm" – deyə o bildirib.

Xatırladaq ki, avqustun əvvəllərində Rusiya Xarici İşlər Nazirliyi Stiven Siqalı işə götürüb. Belə ki, o, könüllülük prinsipi əsasında mədəniyyət, incəsənət, elm, təhsil və idman sahələri ilə məşğul olacaq.

Siqal eyni zamanda Rusiyada sahibkarlıq fəaliyyəti ilə də məşğul olur. O, Rusiya vətəndaşlığını 2016-cı ilin noyabr ayında alıb. Pasportu ona Rusiya prezidenti Vladimir Putin şəxsən təqdim edib.

Xəbər lenti
0